Rusiya ordusunun Ukraynada itkilərinin sayı 43 minə çatıb

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 43 000 hərbçisini itirib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 846 tank, 4 100 zirehli döyüş maşını, 974 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 134 hava hücumundan müdafiə sistemi, 232 təyyarə, 193 helikopter, 772 PUA, 185 qanadlı raket, 15 gəmi, 3 018 avtomobil texnikası və avtosistern, 90 xüsusi texnikadan ibarətdir.

Rusiya ordusunun Ukraynada itkilərinin sayı 43 minə çatıb
  • Sosial şəbəkədə paylaş