Yevlaxda ağır qəza olub, 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Naz Lifan” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş