Türkiyənin Yalova şəhərində Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Hadisə Yalova Hava Meydanı Komandanlığının yaxınlığında baş verib.
Qəza yerinə çoxsaylı təcili yardım və xilasetmə qrupları cəlb olunub.
Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.
Nazirlikdən bildirilib ki, Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələrindən biri Yalovada təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot katapult sistemindən istifadə edərək təyyarəni tərk edib və sağ qalıb.
Yalova valisi Əhməd Həmdi Usta da hadisəni təsdiqləyərək qəzanın təlim uçuşu zamanı baş verdiyini və pilotun sağ olduğunu açıqlayıb. Vali hadisə yerinə getdiyini bildirib.
Milli Müdafiə Nazirliyi qəzanın səbəblərinin aparılacaq ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcəyini qeyd edib.