Son sutkada Ukrayna ordusu 160 rus hərbçisini məhv edib

Rusiyanın Ukraynada başladığı təcavüzkar müharibə başlayandan bu yana itkiləri 41.000-ə yaxınlaşır.

Ukrayna mediasının məlumatına görə, rusların ən böyük itkiləri Donetsk istiqamətində qeydə alınıb. Dünən onların 160 əsgəri həlak olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Fevralın 24-dən başlayaraq ötən gün ərzində Rusiya ordusunun ümumi döyüş itkiləri aşağıdakı kimidir:

Şəxsi heyət - təxminən 40,830 (+160);
Tanklar - 1,763 (+4);
zirehli döyüş maşınları - 4004 (+9);
Artilleriya sistemləri - 916 (+10);
Çoxsaylı buraxılış raket sistemləri - 259 (+1);
Hava hücumundan müdafiə sistemləri - 117;
Təyyarələr - 223 (+1);
Helikopterlər - 190;
Operativ-taktiki səviyyəli pilotsuz uçuş aparatları - 735 (+2);
Qanadlı raketlər - 174;
Gəmilər / qayıqlar - 15;
Avtomobil avadanlığı və tankerlər - 2 902 (+13);
Xüsusi avadanlıq - 80 (+2)
  • Sosial şəbəkədə paylaş