Rusiyada nəqliyyatın hərəkətinə məhdudiyyətlər hələ də qalır

Rusiya magistrallarında antiterror rejiminə görə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırıldığı elan edilsə də, bəzi şoselərdə qadağalar hələ də qalır.

Belə ki, Moskva və Tula vilayətlərində “M-4” Don şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bunu təsdiq edən görüntülər Rusiya “Telegram” kanallarında da yayımlanıb.
  • Sosial şəbəkədə paylaş