9 milyon dolları masalara düzüldü

Çinli Henan Kuangshan Crane Co., Ltd. şirkətinin rəhbəri Cui Peijun (Tsuy Peyçzün) əməkdaşlar üçün təşkil olunan qala-şənbədə milyonlarla dolları birbaşa masaların üzərinə düzdürüb.

800-dən çox masa, 8,7 milyon dollar

Məlumata görə, tədbir çərçivəsində 800-dən artıq banket masasına ümumilikdə 8,7 milyon dollar yerləşdirilib. İşçilərə isə açıq şəkildə bildirilib:

“Nə qədər götürə bilirsənsə, apar.”

Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi əməkdaşların iri bağlamalarla nağd pul apardıqları görünür. Hadisə qısa müddətdə Çin mediasında və beynəlxalq platformalarda müzakirə mövzusuna çevrilib.

Şirkət rəhbəri bildirib ki, bu addımın əsas məqsədi əməkdaşlara dəstək olmaqdır. Onun sözlərinə görə, işçilərin bir çoxu avtomobil krediti və ipoteka ödənişləri edir:

“Pulun birbaşa verilməsi həm də real dəstəkdir. Bu, kollektivin motivasiyasını artırır.”

Bundan əlavə, tədbirdə əlavə bonuslar və müxtəlif hədiyyələr də elan olunub.
  • Sosial şəbəkədə paylaş