Azərbaycandan İsveçrəyə xam neft ixracı 3 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İsveçrəyə 272 min 501,37 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə və ya 182 min 804,45 ton artım deməkdir.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

İxrac olunan xam neftin dəyəri 193 milyon 596,32 min dollar təşkil edib ki, bu da illik müqayisədə 3,6 dəfə və ya 139 milyon 738,47 min dollar çoxdur.

Yeddi ayda İsveçrəyə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,14 faiz olub.
  • Sosial şəbəkədə paylaş