Bakıda küləyin sürəti saniyədə 21 metrə çatır

Avqustun 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda (Quba) 4, Ağdamda və Qəbələdə 3, Qaxda 2, Goranboy, Gəncə, Naftalan, Xaltan, Tovuz, Zaqatala, Tərtər, Bərdə, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 millimetrədək qeydə alınıb.

Avqustun 20-si saat 20:25-20:33 radələrində Kəlbəcər rayonunun İstisu qəsəbəsinin Alagöllər ərazisinə diametri 8-10 millimetr olan dolu düşüb.

Hazırda isə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 21, Culfada 19, Gəncədə 18, Şəmkir, Şabran, Naftalanda 16 metrə çatır.
  • Sosial şəbəkədə paylaş