Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 9 milyard 917,3 milyon manat istehlak krediti verilib

A SƏHİFƏ

ARXİV

QƏZET

Kontaktlar
AZ

RU

Onlayn ictimai-siyasi qəzet


MOBİL VERSİYA

Altı aya 10 milyard borc – Əhali üçün SOS?

556 21.08.2026 16:44 A A
Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 9 milyard 917,3 milyon manat istehlak krediti verilib. Təkcə yarım ildə əhalinin banklara borcunun 10 milyarda yaxınlaşması həyəcan doğurur. Çünki eyni templə davam edərsə, ilin sonu 20 milyarda çatacağı istisna deyil.

Bu vəziyyətin bankları nə dərəcədə qane etməsi də sual doğurur. Çünki problemli, gecikdirilən kreditlər, məhkəmələrdə olan kredit işləri kifayət qədərdir.

Problemli kreditlərin həcmi hər ay artır. Bunun da əsas hissəsi istehlak kreditləridir. Vətəndaşlar gəlirləri az olduğu üçün daima istehlak kreditlərinə meylli olurlar. Elə insan var ki, bir neçə banka borcludur.
  • Sosial şəbəkədə paylaş