Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 276 990 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 675 tank, 8 950 zirehli maşın, 6 337 artilleriya sistemi, 792 RYAS (reaktiv yaylım atəşi sistemi), 534 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 948 operativ-taktiki PUA, 1 529 qanadlı raket, 20 gəmi/qayıq, bir sualtı qayıq, 8 792 avtomobil və sistern, 927 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
  • Sosial şəbəkədə paylaş