"The Guardian": Rusiya ordusunda kütləvi canlı qüvvə qıtlığı başladı

Rusiya Silahlı Qüvvələri ordunun canlı qüvvə ilə təmin edilməsi məsələsində kəskin kadr çatışmazlığı ilə üz-üzə qalıb.

"The Guardian" nəşrinin yaydığı məlumata görə, Rusiyanın müqaviləli əsgər toplama sistemi ciddi böhran keçirir və təklif olunan yüksək maliyyə həvəsləndirmələri artıq yeni çağırışçı axınını təmin edə bilmir. Ekspertlərin qiymətləndirmələrinə əsasən, hazırda Rusiya ordusuna gün ərzində təxminən 1000 nəfər cəlb olunur.

Lakin ayda təxminən 30 min nəfər ölü və yaralı şəklində qeydə alınan ağır itkilər fonunda toplanan yeni heyət yalnız mövcud tələfatı bağlamağa kifayət edir.

Bu durum Rusiyaya irimiqyaslı hücum əməliyyatları üçün lazımi strateji ehtiyatlar formalaşdırmağa imkan vermir. Yaranan böhranlı vəziyyət fonunda Rusiyada yenidən kütləvi səfərbərliyin keçirilməsi ehtimalı geniş müzakirə olunmağa başlayıb.
  • Sosial şəbəkədə paylaş