İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan verilən məlumata görə, onlara qapalı kəllə-beyin travması, sol gözün hematoması, bədənin müxtəlif nahiyələrinin əzilmiş, cızılmış yaraları, qarının küt travması diaqnozları təyin olunub.
Vəziyyəti orta ağır qiymətləndirilən 1984-cü il təvəllüdlü pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə edilib. Vəziyyəti ağır qiymətləndirilən 1951-ci il təvəllüdlü pasiyent aparılan reanimasya tədbirlərinə cavab verməyib və avqustun 15-i saat 00:50 radələrində onun bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.