Ərdoğan: “Türkiyə Avropanın 6-cı iqtisadiyyatıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AK Partiyanın yaranmasının 25-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən ölkənin milli gəlirinin 240 milyard dollardan 1.6 trilyon dollara çatdığını vurğulayıb.

Türkiyə lideri iqtisadi göstəricilər barədə belə deyib:

“Dünyanın 21-ci ən böyük iqtisadiyyatı olan Türkiyənin proqnozlara görə 2025-ci ilə qədər dünyada 16-cı, Avropada isə 6-cı pilləyə yüksəldiyi bildirilir”.
  • Sosial şəbəkədə paylaş