Milyarder ilon Mask və ABŞ prezidenti Donald Tramp ötən yay baş verən ictimai münaqişədən sonra münasibətlərini bərpa ediblər.
Musavat.com “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, yaxınlaşmaya Ağ Ev rəsmiləri ilə danışıqlar, qarşılıqlı tanışlıqlar və bir neçə görüş, o cümlədən mühafizəkar fəal Çarli Kirkin ölümü fonunda keçirilən görüş kömək edib.
May ayında Trampın Çinə səfəri zamanı Mask yenidən prezidenti “Air Force One” təyyarəsində müşayiət edib. Mənbələrə görə, onlar arasında dostcasına söhbət olub. Mask ara seçkilərdə respublikaçıları dəstəkləyəcəyini və buna ən azı 100 milyon dollar xərcləmək niyyətində olduğunu açıqlayıb. Qəzet aydınlaşdırıb ki, bu məbləğ seçici fəallığının artırılmasına yönəlmiş fəaliyyətlər üçün nəzərdə tutulub. Sahibkar özü siyasətdə daha az iştirak etmək niyyətində olduğunu bildirib.
Keçən ilin iyun ayında baş verən qalmaqaldan sonra vitse-prezident Ceyms Devid Vens və Ağ Evin aparat rəhbəri Suzi Uayls Maskla əlaqə saxlayıblar və tezliklə iş adamı Trampa zəng edərək onun bəzi açıqlamalarına görə peşman olduğunu bildirib. Qalmaqala administrasiyanın vergi qanun layihəsi ilə bağlı fikir ayrılıqları səbəb olub.
İndi yenidən yaxınlaşan Tramp və Mask ayda bir dəfə süni intellekt, Çin və beynəlxalq tədbirləri müzakirə edərək söhbət edirlər. Bu arada, adı açıqlanmayan köməkçilərinin sözlərinə görə, Tramp hesab edir ki, münasibətləri artıq əvvəlki kimi yaxın olmayacaq.
Xatərladaq ki, Ağ Ev Maskın dəstəklədiyi Cared İsaakmanın NASA rəhbəri vəzifəsinə namizədliyini geri götürmək qərarına gəldikdən sonra Tramp və Mask arasındakı münaqişə 2025-ci ilin yayında daha da şiddətlənmişdi. Daha sonra Mask Trampın təbliğ etdiyi dövlət xərcləri və vergiləri ilə bağlı qanun layihəsini tənqid edib, bundan sonra tərəflər bir-birini açıq şəkildə ittiham etməyə keçiblər. Xüsusilə, Tramp Maskın şirkətlərinə ayrılan dövlət subsidiyalarını və müqavilələrini dayandırmaqla hədələyib.
Qısa müddət sonra Mask prezidenti tənqid edən bəzi paylaşımlarını silib və bəzi fikirlərinin "həddindən artıq" olduğunu etiraf edib. Tramp bu addımı "çox gözəl" adlandırıb və daha sonra Maskın münaqişə zamanı "bir az qəribə davranmasına" baxmayaraq, onu yenə də dost hesab etdiyini bildirib.
Bəzi nəşrlər ABŞ vitse-prezidenti Vensin Trampla Mask arasında barışığa səbəb olduğunu yazıb. Məlumata görə, o, Maskı prezidentlə mübahisəsindən sonra elan etdiyi öz partiyasını yaratmaqdan çəkindirib.