Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 261 310 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 400 tank, 8 562 zirehli maşın, 5 425 artilleriya sistemi, 730 RYAS (reaktiv yaylım atəşi sistemi), 499 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 383 operativ-taktiki PUA, 1 415 qanadlı raket, 18 gəmi/qayıq, 7 866 avtomobil və sistern, 809 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
  • Sosial şəbəkədə paylaş