Çeçenistanda silahlı şəxslər aeroporta hücum edib vəkili və jurnalisti ölümcül hala saldılar

Rusiyalı vəkil Aleksandr Nemov və “Novaya Qazeta”nın jurnalisti Yelena Milaşina Çeçenistanda hücuma məruz qalıblar.

Məlumata görə, onlar hava limanından çıxarkən silahlı şəxslər tərəfindən saxlanılıblar, qəddar şəkildə döyülüblər, sonra onları başlarına tapança dirəyərək ölümlə hədələyiblər.

Hazırda zərərçəkənlər xəstəxanadadırlar. Döyülməkdən əlavə, ayağından da bıçaqlanan Nemov çətinliklə hərəkət edir və danışır. Milaşina isə vaxtaşırı huşunu itirir; onun barmaqları sındırılıb, başı keçəl qırxılıb, başından aşağı “brilyant yaşılı” tökülüb.

Zərərçəkənlər hücum zamanı onlara: “Sizə xəbərdarlıq edildi, buradan gedin və heç nə yazmayın”, - deyildiyini bildiriblər.
  • Sosial şəbəkədə paylaş