Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinin dərinliklərinə növbəti sarsıdıcı zərbə endirərək Başqırdıstandakı mühüm obyektləri hədəf alıb.
Region rəhbəri Radiy Xabirovun bildirdiyinə görə, pilotsuz uçuş aparatlarından (PUA) birinin qalıqları Salavat şəhərinin sənaye zonasına düşüb və nəticədə yanğın baş verib. Monitorinq kanallarının yaydığı məlumatlara əsasən, PUA hücumundan sonra strateji neft emalı zavodunun ərazisində alov yüksəlməyə başlayıb.
Qeyd edək ki, Salavat şəhərində Rusiyanın en böyük neft-kimya və istehsalat komplekslərindən biri, həmçinin iri şüşə, maşınqayırma və hidravlik avadanlıqlar zavodları yerləşir.
Paralel olaraq, PUA-ların Çışmı şəhərində yerləşən "Wildberries" şəbəkəsinin nəhəng anbarına da hücum təşkil etdiyi bildirilir.