Türkiyənin Sinop şəhərində dəniz sahilində qeyri-adi və təhlükəli anlar yaşanıb. Bir nəfər Qara dənizdən raket hissəsinə bənzəyən paslı silindrik metal parçasını çıxararaq onu sakitcə çiynində çimərlik boyunca daşıyıb.
Ərazidə olan sakinlərin təəccübünə səbəb olan metal parçanın Rusiya istehsalı "Pantsir-S1" Zenit-Reket Kompleksinə (ZRK) aid işlənmiş birinci pillə raketi olduğu ehtimal edilir.
Hadisə şahidləri həmin şəxsin partlamamış sursat ola biləcək parçanı heç bir təhlükəsizlik tədbiri görmədən daşımasını təəccüblə izləyiblər.