ABŞ öz ehtiyatlarını açdı

A SƏHİFƏ

ARXİV

QƏZET

Kontaktlar
AZ

RU

Onlayn ictimai-siyasi qəzet


MOBİL VERSİYA

ABŞ öz ehtiyatlarını açdı: 172 milyon barel bazara axacaq

161 12.03.2026 09:31 A A
ABŞ öz strateji ehtiyatlarından bazara 172 milyon barel neft buraxmaq niyyətindədir.

Məlumatı ABŞ Energetika naziri Kris Rayt açıqlayıb: "Prezident Tramp Energetika Nazirliyinə gələn həftədən başlayaraq Strateji Neft Ehtiyatından 172 milyon barel neft buraxmaq səlahiyyəti verib. Planlaşdırılan buraxılış sürətinə əsasən, çatdırılma təxminən 120 gün çəkəcək".

Bu təşəbbüs Amerika liderinin ABŞ-ın enerji təhlükəsizliyini qorumaq vədinə sadiqliyini nümayiş etdirir.

Qeyd edək ki, dünən Tramp WKRC radiosuna verdiyi müsahibədə qiymətləri aşağı salmaq üçün Strateji Neft Ehtiyatından istifadə edəcəyini açıqlayıb: "Bəli, biz bunu edəcəyik. Və sonra anbarlarımızı dolduracağıq".
  • Sosial şəbəkədə paylaş