Almaniya Kansleri ABŞ-yə səfər edəcək

Almaniya Kansleri Fridrix Merts martın 3-də ABŞ-yə səfər edəcək.

Kansler ofisinin məlumatına əsasən, həmin gün F.Merts Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Sonra hər iki lider birgə nahar edəcək.

Görüşdə ikitərəfli münasibətlər, iqtisadi və təhlükəsizlik məsələləri, Rusiyanın Ukraynaya qarşı müharibəsi, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
  • Sosial şəbəkədə paylaş