Fridrix Mertsin kansler vəzifəsində Çinə ilk səfəridir. Səfər çərçivəsində Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin və Baş nazir Li Çian ilə görüşlər nəzərdə tutulub. Danışıqlar zamanı əsasən ikitərəfli münasibətlər, eləcə də iqtisadi və təhlükəsizlik siyasəti məsələləri müzakirə ediləcək.
Proqrama əsasən Kanslerin Almaniya-Çin İqtisadi Məsləhət Komitəsinin iclasında iştirakı planlaşdırılır. Səfər zamanı Kansleri iqtisadiyyat sahəsini təmsil edən geniş nümayəndə heyəti müşayiət edəcək.
F.Mertsin Hancou şəhərinə də baş çəkəcəyi bildirilir.