Türkiyədə kömür mədəni çöküb

Türkiyənin Zonquldağ vilayətində yerləşən kömür mədənində çökmə baş verib.

Hadisə Zonquldağın Kilimıi rayonunun Gelik qəsəbəsində qeydə alınıb.

Qəza zamanı mədəndə 3 işçinin olduğu bildirilir. Onların axtarışı üçün bölgəyə xilasedicilər və təcili-tibbi yardım qrupları cəlb edilib.
  • Sosial şəbəkədə paylaş