İraqda 100-dən çox insanın həlak olduğu toydakı faciəyə görə matəm elan edildi

İraqın baş naziri Məhəmməd əs-Sudani ölkənin şimalındakı Nineva əyalətinin Həmdaniya şəhərində ötən gecə baş verən yanğın qurbanlarının xatirəsinə üçgünlük milli matəm elan edib.

Bu barədə İraq Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidmətinin bəyanatında deyilir.

Eyni zamanda Nineva əyalətində birhəftəlik matəm elan edib.
  • Sosial şəbəkədə paylaş