Trampa Nobel Sülh Medalı verildi

Venesuela müxalifət lideri Maçado Trampa Nobel Sülh Medalını təqdim edib.

Venesuelanın müxalifət lideri Mariya Korina Maçado bu barədə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Maçado deyib: “Prezident Donald Trampa Nobel Sülh Mükafatını təqdim etdim”.

Onun sözlərinə görə, Bolivar xalqı azadlıqları uğrunda göstərdiyi mövqeyə görə Vaşinqtonun varisi kimi qəbul edilən şəxsə – Donald Trampa Nobel Sülh Mükafatının medalını təqdim edir.
  • Sosial şəbəkədə paylaş