İranda gün ərzində baş verən ikinci zəlzələ də Azərbaycanda hiss olundu

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.11.2023-cü il tarixində yerli vaxtla saat 09:18 dəqiqədə, ilkin məlumatlara əsasən, Azərbaycanla İran sərhədində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
  • Sosial şəbəkədə paylaş