Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi

"Bakı Metropoliteni"nin "Bakımetrolayihə" İnstitutuna yeni rəhbər təyin edilib.

Məlumata görə, "Bakı Metropoliteni"nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə Nəbi Yusif oğlu Məmmədov "Bakımetrolayihə" İnstitutunun rəisi vəzifəsinə təyin olunub. 1987-ci il təvəllüdlü N.Məmmədov memarlıq üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, Nəbi Məmmədov son təyinatadək SOCAR-da bir sıra məsul vəzifələrdə çalışıb.
  • Sosial şəbəkədə paylaş