11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğuldu

Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.

"Report"un məlumatına görə, hadisə bu gün rayonun Yemişənli kəndində baş verib.

Belə ki, kənd sakini 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və 11 yaşlı qız ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
  • Sosial şəbəkədə paylaş