Bərdədə döşəmənin çökməsi nəticəsində xəsarət alanların sayı 33-ə çatıb

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib.

Bu barədə TƏBİB məlumat yayıb.

“Bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda bir nəfərin vəziyyəti ağır, beş nəfərin vəziyyəti isə stabil qiymətləndirilir”, - məlumatda qeyd edilib.
  • Sosial şəbəkədə paylaş