ABŞ şirkəti Qrenlandyada quyu qazmağa hazırlaşır – icazə almadan

ABŞ-nin yeni yaradılmış neft şirkəti yerli hakimiyyət orqanlarından icazə almadan ucqar Qrenlandiyada kəşfiyyat quyuları qazmağa hazırlaşır.

ABŞ prezidentinon geniş Arktika ərazisinə iddiasını və təhdidlərini təkrarlaması fonunda Qrenlandiyanın şərq sahilində qazma avadanlığı sahilə çıxarılıb.

Qrenlandiya hökuməti qurğuların yerləşdirilməsi üçün heç bir təsdiq verilmədiyinə dair xəbərdarlıq etməyə məcbur olub. Hökumətin açıqlamasında deyilir: "Bütün logistika məsələləri həyata keçirilməzdən əvvəl mineral ehtiyatlar idarəsi tərəfindən məsləhət görülməli və təsdiqlənməlidir".

İki gün sonra Tramp Truth Social-da sonuncu təhdidli paylaşımını edərək, özünü Qrenlandiya kəndinin üzərindən göstərib.

Keçən il Texassda qurulan “Greenland Energy” şirkətinin rəhbərləri iddia ediblər ki, Ceymson Land bölgəsinin altında 1 trilyon dollarlıq xam neft yatağı ola bilər. Onlar bunu öyrənmək üçün iki quyu qazmağa 60 milyon dollar xərcləmək planlarını açıqlayıblar.

“Greenland Energy” şirkətinin sədri və böyük səhmdarı Larri Svits Trampın yaxın ətrafı ilə əlaqəlidir. O, neft layihəsinin "Amerikanın ilhaqı ilə əlaqəli olmadığını" bildirib.
  • Sosial şəbəkədə paylaş