Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür çayının sahilində “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçirilib.
Bu il ilk dəfə olaraq “Kürü keçək?!” 350 metr və 1000 metr olmaqla, iki məsafə üzrə təşkil olunub. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparıb.
Tədbirdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibəsində bildirib ki, yarış artıq ənənəyə çevrilib. “İştirakçıların sayı ildən-ilə artır. Bu il 30 faizə yaxın artım var. Paytaxtdan, müxtəlif şəhərlərdən bu qədər insanın bu gün burada toplaşması bizi çox sevindirir. İştirakçı qadınlarımızın sayı artıb. Çalışırıq ki, belə tədbirləri daha çox regionlarda keçirək”, - deyə nazir əlavə edib.
“Kürü keçək?! 5” açıq suda üzmə yarışının sonunda hər yaş kateqoriyası üzrə kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılıblar.