Beynəlxalq alimlər qrupu Yer kürəsinin əhalisinin 2200-cü ilədək tədricən 8,3 milyarddan 4 milyarda endirilməsi ssenarisini irəli sürüb.
Musavat.com xəbər verir ki, bu barədə “Sustainable Development” elmi jurnalında dərc olunan araşdırmaya istinadən “Nauka Mail” məlumat yayıb.
Tədqiqat müəlliflərinin fikrincə, əhalinin sayının azalması təbii ehtiyatlardan istifadəni və ətraf mühitin çirklənməsini azaltmağa, su, torpaq və ərzaq uğrunda rəqabəti zəiflətməyə imkan verə bilər. Alimlər hesab edirlər ki, belə demoqrafik dəyişiklik təbiətin bərpasına və iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılmasına da kömək edər.
Araşdırmada hər hansı məcburi tədbirin tətbiqi nəzərdə tutulmur. Məqsədə yalnız könüllü ailə planlaşdırılması, qadınların neçə övlad sahibi olacaqlarına özlərinin qərar verməsi və xüsusilə aztəminatlı ölkələrdə qızların təhsilə çıxış imkanlarının genişləndirilməsi vasitəsilə çatmaq təklif edilir.
Müəlliflər bildirirlər ki, qadınlar övladlarının sayını sərbəst müəyyənləşdirə bildikdə doğum səviyyəsi adətən əhalinin təbii yenilənməsi həddinə və ya ondan da aşağı göstəriciyə düşür.
Alimlərin qənaətinə görə, bu ssenari resurs çatışmazlığından əziyyət çəkən yoxsul ölkələr üçün xüsusilə əlverişli ola bilər. Əhali yükünün azalması uzunmüddətli perspektivdə iqtisadiyyat və infrastruktura təzyiqi zəiflədərək həyat keyfiyyətini yüksəldə bilər.