Kirayə mənzil fonduna daha 204 mənzil əlavə olunub

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 204 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır.

İKZF-dən bildirilib ki, yeni mənzillərin seçimi avqustun 12-si saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçirilir.

Müraciətlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya üsulu ilə həyata keçiriləcəkdir. SİMA biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid “https://mcgf.gov.az/az/menzillerin-siyahisi) vasitəsilə tanış ola bilərsiniz.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), rəsmi “YouTube” kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.
  • Sosial şəbəkədə paylaş