Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub

Avqustun 6-da Abşeron çimərliklərində proqnozlaşdırılan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.
  • Sosial şəbəkədə paylaş