Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Elcan Hüseynov saxlanılıb. Ondan 5 kiloqram narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.
  • Sosial şəbəkədə paylaş