"Agrarco" MMC 2017-ci ildən fəaliyyət göstərən yüksək keyfiyyətli fındıq və təravətli yaş meyvələrin istehsalı və ixracı ilə məşğul olan üfüqi inteqrasiya olunmuş kənd təsərrüfatı şirkətidir.
Onun rəsmi saytında yazılan "Əkin, emal, tədarük sənətinə qəlbimizi qoymuşuq" cümləsi həqiqəti əks etdirir. Nəyinki bizdə, dünyanın hər bir nöqtəsində, Vətənimizin yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz meyvələrinin dadından insanlar həzz almaqdadırlar.
Şirkətin uğurlu fəaliyyəti barəsində ətraflı məlumat almaq üçün suallarmızla "Agrarco" MMC-nin Baş İcraçı direktoru, İdarə Heyətinin Sədri Cavid Kazimova müraciət etdik.
- Cavid müəllim, xayiş edirəm mövcud çeşid, onu genişləndirmək və yeni istehsal sahələri yaratmaq planlarınızdan danışın.
- Şirkətimiz iki istiqamətdə, fındıq bəcərdilməsi və emalı, və meyvə bəcərdilməsi və saxlancı istiqamətində fəaliyyət göstərir.
Azərbaycanda fındıqçılıq son illər ərzində sürətlə inkişaf edir. Fındıq kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən məhsullardan biri hesab edilir. Bu sahənin inkişafına bizim təbii iqlimimiz də imkan verir. Bu məqsədlə şirkətin əsas strateji məhsulu hesab edilən Fındıq məhsulunu yetişdirilməsi Azərbaycanın Şimal və Şimal-qərb bölgələrində həyata keçirilib. Hal-hazırda Şirkət tərəfdən Fındıqın əsasən “Ata-Baba” sortu əkilib. Bundan əlavə Şimal regionunda “Gəncə” sortu və tozlandırıcı olaraq yaylıq sortlar (Seleksiya sortları) əkilmişdir. Yeni sortların yoxlanılması üçün İtaliyanın Nokiana və Romana sortları əkilmişdir. Şimal və Şimal-qərb regionu üzrə şirkətin gələcək hədəfləri mövcud bağların intensivləşdirilməsi və mövcud sahələrdən daha cox məhsuldarlığın əldə edilməsidir.
Yaxin zamanda şirkətimiz şokolad yağının istehsalina başlayacaq və ona dair sürətli hazırlıq gedir.
-Strateji məhsulumuz fındıqla yanaşı meyvə çeşidlərimizdə kifayət qədər genişdir. Əsasən Alma, Armud, Heyva, Xurma, Badam, Gilas, Vişnə, Qaysı, Şaftali, Yastı şaftalı, Nektarin, Yastı nektarin, Gavalı və s. kimi meyvə növləri yetişdirilir. Mütəmadi olaraq bazar araşdırmaları və tələbat üzrə monitorinqlar keçirilir. Müştərilərimizin geniş spektrli tələblərini ödəmək məqsədi ilə yüksək standartlara uyğun bir məhsul təqdim etməyə və davamlı olaraq proseslərimizi yaxşılaşdırmaq üçün çalışırıq.

- İşğaldan azad olunmuş torpağlarda tərəfinizdən təsərrüfat işlərin aparılması perspektivlər?
- İşğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatı üzrə yeni əkin planlamaları Şirkətimizin əsas prioritet hədəflərindən hesab edilir. Azərbaycan dövləti tərəfindən kənd təsərrüfatı üzrə kompleks fəaliyyət planlarının hazırlanıb təqdim edildikdən sonra şirkətin fəaliyyət sahəsinə uyğun olaraq araşdırmalar apararaq müvafiq əkin planlamaları aparılması mümkün olacaq.
- Məlumdur ki, "Agrarco" məhsulunu bir çox ölkələrinə ixrac edir. Keyfiyyət, ekologiya və qiymət baxımından beynəlxalq bazarında necə rəqabət aparırsınız?
- Şirkətin ixrac etdiyi təmizlənmiş fındığın 95 %-i Avropa bazarlarına ixrac edilir, meyvə isə əsasən Rusiya bazarına yönləndirilir. Şirkətin istehsal etdiyi məhsulun “keyfiyyət” göstəricilərini uzunmüddətli əsas meyarlardan hesab etməsi və alıcıların tələblərinə cavab verən məhsul istehsal etməsi onu artıq beynəlxalq bazarda rəqabət aparmaq üçün daha cox üstünlük verir. Eyni zamanda 20 illik təcrübə və müştəri məmnuniyyəti bu prosesə öz müsbət töhvəsini verir.
- Geni dəyişdirilmiş meyvə, tərəvəz, eləcə də kimyəvi maddələrlə çirklənmiş məhsullar, gübrələr ilk problemlərdən biridir. Təmiz məhsulların istehsalı, saxlanması üçün hansı addımlar atılır?
- Hal-hazırda şirkətin əsas fəaliyyət sahəsi Çoxillik bitkilərin əkinidir. Bu sahə üzə geni dəyişdirilmiş bitkilərin ölkəyə idxalı qadağan edilmişdir. “Azərbaycan Respublikası”nın Nazirlər Kabineti qərarı ilə istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların siyahısına əsaslanaraq müvafiq kimyəvi maddələrin istifadəsi şirkət üzrə qadağan edilmişdir. Hal-hazırda təmiz məhsulun istehsalı və saxlanılması üçün şirkət tərəfdən yazılmış prosedur və qaydalara uyğun fəaliyyət aparılır.
- Yerli istehlakçı üçün qiymətləri necə tənzimləyirsiniz? Məhsullarınız hansı ticarət muəsissələrdə satllır?
- Meyvə məhsullarımızla boyük və kiçik market şəbəqələrində (Rahat, Bravo, Araz, OBA, BazarStore və digər) tanış ola bilirsiniz. Topdan satış isə Qusar Soyuducu Anbar Kompleksimizdən və Meyvəli ticarət mərkəzində yerləşən satış məntəqəmizdən həyata keçirilir. Qiymət siyasətimiz olduqca sadədir, istəyimiz odur ki hər bir istehlakçı bizim məhsulu əldə edə bilsin.
Fındıq və fındıq məhsulları isə hal hazırda yerli bazara təklif olunmur, lakin biz bu sahənin işlənilməsində və məhsullarımızın yerli bazarda təqdim olunmasında maraqlıyıq. Bununla əlaqədar olaraq, bəzi araşdırmalar və planlamalar aparılmaqdadır.
- İxrac edilənlə yerli bazarda satılan məhsulların arasında keyfiyyət fərqi varmı?
- Qeyd etdiyiniz fərqin yaranmasına heç ehtiyac da olmur. Həm yerli bazarda həm də xaricdə yaxşı məhsul üçün hər zaman təlabat var. Şirkət tərəfdən istehsal edilən məhsulun keyfiyyətində hec bir dəyişiklik olmadığı üçün ixrac və ya yerli bazarda eyni məhsul təklifi ilə satış həyata keçirir.

- Kənd təsərrüfatı məhsullarının satışında hansı problemlər var və çıxış yolu nədir?
- Əsas olaraq çətinliklər məhsulun ixrac zamanı yaranır- ixrac edilən ölkələrin bürokratik yanaşmasında(gömrüklərdə, müəyyən sertifikatlarin alınmasinda və s.). Problemlər yaranan zaman şirkətimiz tərəfindən Kənd Təsərrüfat Nazirliyinə və Qida Təhlükəsizlik Xidmətinə məlumat verilir və onlar tərəfindən çevik formada, lazımlı tədbirlərin aparılmasını müşahidə edirik.
- Uzun illərdi bu sahədə ən böyük problemi logistika təşkil etməkdədir. Lakın dövlət tərəfindən bəzi araşdırmalar və tərəfdaş ölkələrlə müzakirələr aparılmaqdadır. Eyni zamanda, ölkəmizdə beynəlxalq standartlara cavab verən laboratoriyaların qurulması ixrac olunan məhsulların keyfiyyət göstəriciləri üzrə daha etibarlı olmasına müsbət təsir göstərə bilər.
- Fəaliyyətiniz sayəsində ölkə büdcəsinə gəlirdən danışa bilərsiniz?
- Azərbaycan Respublikasında qeyri-neft ixracının artması dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir və şirkətimiz də bu sahədə səylərini əsirgəmir. Kənd təsərrüfatı məhsulları isə Azərbaycan üçün strateji və əsas sektor hesab edilə bilər. Əsas məqsədlər ərzaq təhlükəsizliyi və məhsulunun ixracından ölkəyə əlavə valyuta gətirilməsidir və bu səpkidə şirkətimiz bir neçə dəfə ölkəmizin qeyri-neft məhsullarının ixracı üzrə on ən böyük şirkət siyahısına daxil olunub. Bura təkcə büdcə gəlirləri deyil, digər töhvələrə də baxmaq lazımdır. Daimi iş yerləri və yeni əkinlər zamanı yaranan, o cümlədən mövsumi iş yerlərinin açılmasını da qeyd etmək lazımdır.
- Azərbaycanın ixracdan əldə etdiyi ümumi gəlir 2021-ci ildə 22,2 mlrd. ABŞ dolları təşkil edib, bunun 2,7 mlrd. (12.2%) ABŞ dolları qeyri-neft sektorun payına düşür. 2021-ci il üzrə 95.1 mln. ABŞ dolları məbləğində Fındıq ixracı olunub və bunun da 21.4 mln (22.5%) ABŞ dolları məbləği Agrovest (Agrarco-nun törəmə müəssisəsi) şirkətinin payına düşür.
- Əsas uğurlarınız nədədir?
Fındıq və meyvə sahələrində fəaliyyət göstərən şirkətimiz- “Agrarco” MMC ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sahəsinin inkişafında yaxından iştirak edir.
“Agrarco” MMC hal-hazırda 1300 ha fındıq bağlarına, 370 ha meyvə bağlarına sahibdir və əlavə olaraq 1200 hektar fındıq bağlarını salmaqdadır. Qusar rayonunda şirkətin 5.000 tonluq soyuducu anbarı tikilib, Zaqatalada isə 7.000 tonluq fındıq ləpə istehsal gücünə malik zavodun tikilməsi başa çatır. Bu regionda ən böyük zavod olacaq, dünyada isə buna oxşar yalnız bir, Çili-də tikilmiş zavod hesab oluna bilər.
2021-ci ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda Aqrovest MMC (Agrarco-nun törəmə müəssisəsi) şirkətidə yer alır.
- Müsahibəyə görə sizə təşəkkür edirəm.