Qadın şahmatçılar arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında bu gün V turun oyunları keçiriləcək.

Növbəti yarış günündə daha beş qarşılaşma baş tutacaq.

Xanım Balacayeva Nurtan Nuriyeva ilə, Zeynəb Məmmədyarova Ləman Hacıyeva ilə, Səbinə İbrahimova Türkan Məmmədyarova ilə, Nərmin Abdinova Xəyalə Abdulla ilə, Gövhər Beydullayeva isə Gülnar Məmmədova ilə üz-üzə gələcək.
  • Sosial şəbəkədə paylaş