"Sea Breeze”də Yay İdman Festivalına start verilib

"Sea Breeze" ərazisində Yay İdman Festivalına start verilib.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 16 idman növü üzrə nümunəvi çıxışlar və müxtəlif aktivliklər təşkil olunub.

Proqramda 3x3 basketbol, reqbi, stolüstü tennis, badminton, voleybol, kəndirçəkmə, güləş, cüdo, taekvondo, kapoeyra, sumo, aykido, ciu-citsu, karate, mas-restlinq və avarçəkmə yer alır.

Açıq idman zonasında iştirakçılar müxtəlif idman növlərini ödənişsiz sınayır, bacarıqlarını yoxlayır və bu növlərlə yaxından tanış olurlar.

İnsanlar tərəfindən festivala maraq yüksək səviyyədədir.

Festivala avqustun 28-də yekun vurulacaq.
  • Sosial şəbəkədə paylaş