Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatıb, 800-dən çox insan itkin düşüb

Nepal-Çin sərhədi yaxınlığında baş vermiş daşqın və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 270 nəfərə çatıb.

BBC-nin xəbərinə görə, yaşayış evləri dağılıb, yollar və körpülər su altında qalıb.

Ümumilikdə, 800 nəfərdən çox insan itkin düşüb. İtkin düşənlərin arasında 178 hindistanlı, 65 amerikalı, 35 avstraliyalı və 33 britaniyalı turistin olduğu bildirilib.
  • Sosial şəbəkədə paylaş