Rusiya ordusu Slavyansk və Severskə hücuma hazırlaşır

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” hesabında qeyd olunub.

“Düşmən əsas səylərini qoşunlarını Slavyanska hücuma hazırlamağa cəmləşdirir. Pasika-Boqorodiçnoye istiqamətində hücum əməliyyatları aparır. Boqorodiçnoyenin şimal-qərb sərhədlərində möhkəmlənməyə çalışır. Limanski istiqamətində düşmən Slavyansk və Severskə hücuma hazırlıq məqsədilə qoşunları yenidən qruplaşdırır, döyüş sursatlarını artırır”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, Xarkov istiqamətində Rusiya ordusu əsas səylərini müdafiəyə və Ukrayna qoşunlarının dövlət sərhədinə daha da irəliləməsinin qarşısının alınmasına yönəldir.

Mənbə: UNİAN
  • Sosial şəbəkədə paylaş