Rusiyada 50 min şimali koreyalı yerləşdirilib

Şimali koreyalılar zaman-zaman Rusiya ərazisində peyda olurlar. Bunu görürük, bilirik.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib: "Əvvəlcə yüzlərlə, sonra minlərlə şimali koreyalıdan danışılırdı, indi isə Rusiya ərazisində 30.000-50.000 şimali koreyalı yerləşdirmək qərarı verilib. Onlar bu müharibəni öyrənirlər.

Əgər söhbət başqa bir bölgədə - Sakit okeanda - digər Asiya ölkələri üçün təhlükə yarada biləcək böhranlar və eskalasiyalardan gedirsə, onda Şimali Koreya, şübhəsiz, Rusiyanın rəhbərliyi altında müasir müharibədə təcrübə qazanacaq. Artıq Ukrayna ərazisində Şimali Koreya raketləri tapmışıq. Bu, artıq qəbul edilmiş bir faktdır. Şimali Koreyanın müasir müharibədə təcrübəsini artırmağa, Rusiyadan lisenziyalar almağa və ondan hər cür hərbi texnika almağa davam edəcəyi tamamilə aydındır. Bunu çox yaxşı başa düşürük.

Buna görə də, fikrimcə, Koreya Respublikası Ukrayna ilə daha sıx əməkdaşlıq etməlidir. Buna açığıq. Çox istərdik ki, kəsirimiz olan bir sahədə Cənubi Koreyadan dəstək alaq. Bunlar hava hücumundan müdafiə sistemləridir. Dronlar və digər sahələr üzrə razılaşma üzərində işləməyə hazırıq. Onların Konstitusiyaya əsasən hüquqi məhdudiyyətləri var. Amma biz belə bir əməkdaşlığın olmasını istərdik və buna ümid edirik. Diplomatlarımız əlaqə saxlayırlar”.
  • Sosial şəbəkədə paylaş