Robot bazarın 97%-i Pekinin payına düşür

Çin dünyada humanoid robot tədarükünün 97%-dən çoxunu təmin edib

Çinin humanoid (insanabənzər) robot istehsalçıları 2026-cı ilin birinci yarısında qlobal tədarükün 97%-dən çoxunu təmin ediblər. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, həmin dövrdə dünya üzrə təxminən 19 100 humanoid robot tədarük edilib. Bu göstərici 2025-ci ilin birinci yarısındakı göstəricini (5 100 ədəd) 3 dəfədən çox üstələyir.

Gözlənilir ki, bu ilin sonunadək qlobal tədarük həcmi təxminən 60 000 robota, 2030-cu ilə qədər isə 500 000 ədədə çatacaq.

Humanoid robotların tədarükünün 70%-dən çoxu sənaye və kommersiya sahələrinin payına düşüb. Ötən il bu göstərici təxminən 50% təşkil edirdi.

Rəsmi Pekin dövlət maliyyələşməsi və müxtəlif siyasi təşəbbüslər vasitəsilə bu sektorun inkişafını fəal şəkildə dəstəkləməyə davam edir.
  • Sosial şəbəkədə paylaş