ABŞ Səfirliyindən “Formula 1”lə bağlı PAYLAŞIM

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi “Formula 1” yarışlarını ruh yüksəkliyi ilə qarşılayıb.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirlinin sosial media hesabında məlumat verilib.

Bildirilib ki, “Formula 1” yarışlarının başlanması münasibətilə səfir Örl Litzenberger və ABŞ Səfirliyinin əməkdaşları ərazidə olub.

Sosial mediada - “Bəs siz hansı komandaya azarkeşlik edirsiniz?”, sualı ilə azarkeşlərə müraciət edilib.
  • Sosial şəbəkədə paylaş