“Qərb Kiyevə raket versə, parlamentə zərbə endirəcəyik” – Rus generalı hədələdi

“Kiyev uzaqmənzilli Qərb reaktiv raket sistemləri ilə təchiz edilərsə, Rusiya Ukraynanın dövlət qurumlarına və nəqliyyat infrastrukturuna zərbələr endirə bilər”.

Bunu Dumanın müdafiə komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov deyib.

Onun sözlərinə görə, Ukrayna ərazisində belə obyektlər çoxdur: “Rada, Ukrayna Müdafiə Nazirliyi, bir çox başqa dövlət qurumları…”.

Kartapolov onu da əlavə edib ki, Ukraynanın əksər nəqliyyat infrastrukturu, o cümlədən mülki reysləri qəbul edən Kiyev aeroportu hələ də işləyir.
  • Sosial şəbəkədə paylaş