Dağıstanda etirazçılar hava limanına daxil olublar

Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.

“Telegram” kanallarında bu barədə yayılan videolardan aydın görünür ki, İsraildən gələn təyyarəyə etiraz edən dağıstanlılar polis müdaxiləsinə baxmayaraq, Mahaçqaladakı hava limanına daxil olublar.

Etirazçılar təyyarədəki yəhudilərin Dağıstana enməsinə imkan vermirlər və İsrail əleyhinə şüarlar səsləndirirlər.
  • Sosial şəbəkədə paylaş