Texasdakı tornadoda üç nəfər həlak olub

Texas ştatının (ABŞ) Perriton şəhərində tornado nəticəsində 3 nəfər həlak olub.

Bu barədə yerli yanğınsöndürmə idarəsinin rəhbəri Paul Dutçer məlumat verib. Onun sözlərinə görə, zərərçəkənlərin sayı 75-100 arasında dəyişir.

Yerli xəstəxanaya insanlar əsasən kəsik və əziklər, həmçinin də daha ciddi xəsarətlərlə çatdırılıblar. Bir neçə xəstənin vəziyyəti ağırdır.
  • Sosial şəbəkədə paylaş