Moskva yaxınlığında pilotsuz təyyarə partlayıb

Rusiya paytaxtından təxminən 100 km aralıda yerləşən Tarutino kəndi (Kaluqa vilayəti) yaxınlığında təyyarə tipli pilotsuz uçuş aparatı partlayıb.

PUA yolun kənarındakı meşəyə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri güclü partlayış səsi eşidiblər.

Rusiya mediasında hadisə yerindən görüntülər yayılıb.
  • Sosial şəbəkədə paylaş