"Azərbaycanda vətən axtarmağı dayandırmalıyıq" - Paşinyan

"Biz Ermənistanı Azərbaycanda axtarmağı dayandırmalıyıq".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parlamentdə açıqlayıb.

"Ermənistan və Azərbaycan xalqlarının sülh və dinc yanaşı yaşaması bu gün gerçəkləşdirməli və davam etdirməli olduğumuz haqqdır, buna zidd olan hər hansı bir çıxış və hərəkətin öhdəsindən gələ bilməliyik.

Ermənistanı təkcə Azərbaycanda deyil, həm də Türkiyədə, İranda, Gürcüstanda axtarmamalıyıq. 4 qonşumuzun beynəlxalq səviyyədə tanınmış ərazisində vətən axtardığımız zaman, onların Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində vətən axtardıqları qapını açırıq. Məlum olur ki, biz 4 yer axtarırıq, onlar isə ölkəmizdə bir yer axtarırlar", - deyə Paşinyan qeyd edib.
  • Sosial şəbəkədə paylaş