Bayram Məmmədovun qardaşı həbsxanada vəfat etdi

Bayram Məmmədovun həbs edilən qardaşı vəfat edib. Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.

O, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir.

Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.

Məsələ ilə bağlı Penitensiar xidmətin və TƏBİB-in mətbuat xidmətlərinə sorğu göndərilib.
  • Sosial şəbəkədə paylaş