Ukrayna Soçiyə hücum etdi

15 fevral gecəsi Ukrayna dronları Krasnodar diyarına hücum edib.

Bu barədə qubernator Veniamin Kondratyev açıqlama verib.

Bildirilir ki, hücum zamanı Soçi və Novorossiyskdə sirenalar səslənib. Soçidə bir fərdi evə ziyan dəyib və istilik sistemi sıradan çıxıb. Hadisə nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hücum zamanı Krasnodar, Soçi, Gelendjik, həmçinin Vladikavkaz, Qroznı, Maqas və Volqoqrad hava limanlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu məhdudiyyətlər səhərə qədər aradan qaldırılıb.
  • Sosial şəbəkədə paylaş