Almaniya kansleri ABŞ-də oxşarı ilə qarşılaşdı

Almaniya kansleri Olaf Şolts ABŞ-yə səfəri zamanı oxşarı ilə qarşılaşıb.

Almaniya hökumətinin başçısı Vaşinqtonda demokrat senator Kris Kuns ilə görüşüb.

Olaf Şolts "X" platformasında foto paylaşaraq yazıb: "Oxşarım Kris Kunsu yenidən görmək xoş oldu".

Almaniya kansleri ABŞ-də oxşarı ilə qarşılaşdı

Qeyd edək ki, Şolts ABŞ-yə səfəri çərçivəsində prezident Co Baydenlə görüşəcək. Liderlərin Ukraynanı dəstəkləməyə davam etmək niyyətlərini bir daha təsdiqləmələri gözlənilir. Tərəflər həmçinin iyula planlaşdırılan NATO-nun Vaşinqtonda keçiriləcək sammiti öncəsi koordinasiya məsələsini müzakirə edəcəklər.
  • Sosial şəbəkədə paylaş